Polşada 2,6 min miqrantı qanunsuz daşıyanlar tutuldu

Polşada 2,6 min miqrantı qanunsuz daşıyanlar tutuldu
  20 Noyabr 2023    Oxunub:904
Polşa sərhəd xidmətinin Buq bölməsinin əməkdaşları miqrantların Polşa-Belarus sərhədindən Qərbi Avropa ölkələrinə qaçaqmalçılıq yolu ilə keçirilməsi ilə məşğul olan beynəlxalq cinayətkar qruplaşmanın üzvlərini saxlayıblar.
Polşa sərhədçilərinin saytının məlumatına görə, hazırda 32 şübhəli şəxs istintaq altındadır. İlkin hesablamalara görə, onlar bu yolla 2,6 minə yaxın insanı “daşımağa” nail olublar. Cinayətkarlar sərhədi qanunsuz keçdikləri üçün onların hər birindən bir neçə min ABŞ dolları alıb.

Sərhəd Xidmətinin və Prokurorluğun əməkdaşları belə qənaətə gəliblər ki, beynəlxalq cinayətkar qruplaşmaya həm Polşa, həm də Ukrayna, İraq və Belarus vətəndaşları daxildir. Miqrantlar daha çox İraq, Suriya və Fələstin vətəndaşları olub.

AzVision.az


Teqlər:





Xəbər lenti