İran ölkədə uşaqların vəziyyəti barədə BMT-yə hesabat göndərib

İran ölkədə uşaqların vəziyyəti barədə BMT-yə hesabat göndərib
  20 Noyabr 2023    Oxunub:1007
Bir neçə illik gecikmədən sonra İranda uşaqların vəziyyəti ilə bağlı hesabat BMT-yə göndərilib.
AzVision.az bildirir ki, İranın Ədliyyə naziri Əmin Hüseyn Rəhimi televiziya proqramında çıxışı zamanı belə açıqlama verib. Lakin nazir hesabatın göndərilmə tarixinə, onun neçə il gecikməsinə və məzmununun təfərrüatlarına toxunmayıb.

“Uşaq Hüquqları üzrə Milli orqan kimi Ədliyyə nazirliyinin ən mühüm beynəlxalq vəzifəsi BMT-yə təqdim olunacaq bu hesabatı hazırlamaqdır. Bu hesabat beş ildən bir BMT-yə göndərilməlidir, lakin son hesabat bir neçə illik gecikmədən sonra tamamlanaraq 13-cü hökumətə göndərilib”, - Rəhimi deyib

Ümummilli etirazların yatırılması zəminində il hökumətin iranlı uşaqlara münasibəti yerli və beynəlxalq səviyyədə ciddi tənqidlərlə qarşılanıb.


Ötən ilin dekabrında BMT-nin Uşaq Fondu olan UNİCEF-in yaydığı bəyanatda İranda etiraz aksiyalarının yatırılması zamanı onlarla uşaq və yeniyetmənin ölümünə səbəb olan zorakılıq pislənib.

Etirazlar zamanı şagirdlərin həbsi, dindirilməsi, töhmət və əşyalarının axtarılması, bəzi hallarda “təhlükəsizlik
qüvvələrinin məktəblərə hücumu” və qız məktəblərində zəhərlənmə ilə bağlı müxtəlif məlumatlar dərc edilib.

UNICEF-dən də əvvəl, keçən il noyabrın ortalarında 620-dən çox pediatr uşaqlara qarşı hər hansı zorakı rəftarın “dərhal dayandırılmasını” tələb edən bəyanat imzalayıb.
AzVision.az


Teqlər: İran   uşaqlar  





Xəbər lenti