Həlak olmuş 94 hərbçinin nəşi Ukraynaya təhvil verilib

Həlak olmuş 94 hərbçinin nəşi Ukraynaya təhvil verilib
  20 Noyabr 2023    Oxunub:963
Rusiya tərəfi həlak olmuş daha 94 nəfər hərbçinin meyidini Ukraynaya təhvil verib.
AzVision.az xəbər verir ki, bu barədə Hərbi əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahının telegram kanalı məlumat yayıb.

Məlumata əsasən, həlak olmuş hərbçilərin geri qaytarılması Hərbi əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahı, Ukrayna Təhlükəsizlik Xidməti (UTX), Daxili İşlər Nazirliyi, Ukrayna Silahlı Qüvvələri (USQ), Sum vilayətindəki Fövqəladə Hallar üzrə Dövlət İdarəsi, sərhədçilər və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Həmçinin bildirilib ki, beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, Ukraynaya qarşı silahlı təcavüz nəticəsində həlak olmuş döyüşçülərin cəsədləri qarşı tərəfə təhvil verilib.

Qeyd edək ki, Rusiya və Ukrayna mütəmadi olaraq hərbçilərin cəsədlərini mübadilə edirlər. Sonuncu mübadilə oktyabrın 27-də həyata keçirilib və 50 döyüşçünün nəşi Ukraynaya təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti