"İldə təxminən 1 milyon uşaq qida çatışmazlığı səbəbindən ölür" - BMT

   "İldə təxminən 1 milyon uşaq qida çatışmazlığı səbəbindən ölür" -    BMT
  20 Noyabr 2023    Oxunub:935
Hər il təxminən 1 milyon uşaq qida çatışmazlığı səbəbindən ölüb.
AzVision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Londonda keçirilən Qlobal Qida Təhlükəsizliyi Sammitinin açılış proqramında çıxış edərkən deyib.

Qebreyesus qeyd edib ki, yemək mədəniyyətin, inancın və hətta sənətin əhəmiyyətli bir parçasıdır:

"Yemək insan olmağın bir hissəsidir. Lakin dünyada bir çox insanlar, xüsusən də uşaqlar üçün qida və ya onun olmaması xəstəlik və ölüm mənbəyidir”.

Qebreyesus Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv ölkələrin 2015-ci ildə müəyyən etdiyi Davamlı İnkişaf Məqsədləri çərçivəsində dünyanın 2030-cu ilə qədər aclıq və digər qida çatışmazlığını aradan qaldırmağı öhdəsinə götürdüyünü xatırladıb və buna nail olmağın hələ çox uzaq məqsəd olduğunu qeyd edib.

Dünyada 5 yaşından kiçik 45 milyon uşağın boyu ilə müqayisədə dəhşətli dərəcədə arıq olduğunu ifadə edən baş direktor qeyd edib ki, bu uşaqların 14 milyonu ölüm riski yüksək olan ən ağır "uşaq çəkisi" problemi ilə üz-üzədir.

"Hesablamalara görə, hər il təxminən 1 milyon uşaq qida çatışmazlığı səbəbindən ölür. Biz bu gün iclasımızı bitirəndə təxminən 900 uşaq lazımi qida və ya qayğı ilə təmin olunmadığı üçün öləcək".

AzVision.az


Teqlər:





Xəbər lenti