Qəzzadan daha 61 xəstə Türkiyəyə gətirilib

Qəzzadan daha 61 xəstə Türkiyəyə gətirilib
  20 Noyabr 2023    Oxunub:916
İsrail-HƏMAS qarşıdurması nəticəsində Qəzzada müalicələri yarımçıq qalan və Misirə keçirilən 61 xəstə və 49 yol yoldaşı Milli Müdafiə Nazirliyinə məxsus təyyarə ilə müalicə olunmaq üçün Türkiyəyə gətirilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstələri hava limanında səhiyyə naziri Fahrettin Koca qarşılayıb.

Hava limanında hazır vəziyyətdə saxlanılan təcili yardım maşınları ilə xəstələr Bilkənd və Etlik şəhər xəstəxanalarına köçürülüb.

Qeyd edək ki, ötən cümə axşamı Qəzzadan 27 xəstə və 13 yol yoldaşı Prezidentliyə və Milli Müdafiə Nazirliyinə aid təyyarələrlə Türkiyəyə gətirilib, xəstələr Bilkənd Şəhər Xəstəxanasına köçürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti