İran Beynəlxalq Cinayət Məhkəməsində İsrailə qarşı iddia qaldıracaq

   İran Beynəlxalq Cinayət Məhkəməsində İsrailə qarşı iddia qaldıracaq
  20 Noyabr 2023    Oxunub:1442
İran hakimiyyəti İsrailin Qəzza zolağındakı hərəkətləri ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsində (ICC) iddia qaldırmaq niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə İranınXarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani Çafi məlumat verib.

“İran İslam Respublikası İsrailə qarşı iddia hazırlamaq üçün xüsusi komissiya yaradıb və bu, Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısının qətnaməsinə uyğun olaraq Beynəlxalq Cinayət Məhkəməsinə veriləcək”, - deyə Kənani Çafi bildirib.

Noyabrın 11-də Səudiyyə Ərəbistanında Ərəb Dövlətləri Liqası (LAS) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti keçirilib. Sammitin yekun bəyanatında bildirilib ki, bu birliklərin dövlətləri BCM prokurorundan İsrailin Qəzza zolağında törətdiyi “müharibə cinayətləri” ilə bağlı araşdırma aparmağı xahiş edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti