Ərdoğan Əlcəzairə gedəcək

Ərdoğan Əlcəzairə gedəcək
  20 Noyabr 2023    Oxunub:1115
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ikinci toplantısı üçün sabah Əlcəzairə gedəcək.
AzVision.az xəbər verir ki, Ərdoğan prezident Əbdülməcid Tebbunun dəvəti ilə Əlcəzairə gedəcək.

Toplantı çərçivəsində keçiriləcək müzakirələrdə Türkiyə-Əlcəzair əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək və əlaqələrin daha da dərinləşdirilməsi üçün atılacaq addımlar, iki ölkə arasında əməkdaşlıq müzakirə olunacaq. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti