ABŞ Kiyevə yeni 100 milyon dollarlıq yardım paketi ayıracaq

   ABŞ Kiyevə yeni 100 milyon dollarlıq yardım paketi ayıracaq
  20 Noyabr 2023    Oxunub:1291
ABŞ Müdafiə Nazirliyi Vaşinqtonun Kiyevə 100 milyon dollar məbləğində əlavə hərbi yardım paketi ayıracağını açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ hərbi departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Paketə tank əleyhinə silahlar və hava hücumundan müdafiə sistemləri üçün raketlər daxil olacaq. Vaşinqton həmçinin Kiyevə 3 milyondan çox atıcı silah sursatları, maneələri aşmaq üçün döyüş sursatları, soyuq hava şəraiti üçün avadanlıq, ehtiyat hissələri, texniki xidmət ləvazimatları və digər yardımçı avadanlıqlar göndərir.

ABŞ dövlət katibi Antoni Blinken qeyd edib ki, yeni hərbi yardım paketi “Ukraynanın təcili ehtiyaclarını ödəməyə kömək edəcək”. Eyni zamanda, Amerika xarici siyasət departamentinin rəhbəri ABŞ Konqresini Kiyevə dəstək üçün əlavə tədbirlər görməyə, ilk növbədə ABŞ prezidenti Co Baydenin əlavə büdcə ayırmaları tələbini təsdiqləməyə çağırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti