HƏMAS üç gündə İsrailin 60 hərbi texnikasını məhv edib

HƏMAS üç gündə İsrailin 60 hərbi texnikasını məhv edib
  20 Noyabr 2023    Oxunub:1427
HƏMAS hərəkatının döyüşçüləri son üç gündə İsrailin 60 hərbi texnikasını, o cümlədən 10 zirehli transportyorunu məhv ediblər.
AzVision.az xəbər verir ki, bu məlumatı HƏMAS-ın hərbi qanadı "İzzəddin əl-Qəssam Briqadaları"nın nümayəndəsi Əbu Ubeydə verib.

“Son 72 saat ərzində biz 60 İsrail hərbi texnikasını, o cümlədən 10 zirehli transportyorunu vura bildik”.

Onun sözlərinə görə, Qəzza zolağında Əz-Zeytun, Şeyx Reduan, Ət-Təvam və Beyt Lahiyyə bölgələrində İsrail hərbi texnikasının böyük hissəsi məhv edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti