Üç ölkə Şimali Koreyadan peyk buraxılışını ləğv etməyi tələb edib

Üç ölkə Şimali Koreyadan peyk buraxılışını ləğv etməyi tələb edib
  21 Noyabr 2023    Oxunub:1113
Yaponiya, ABŞ və Cənubi Koreya Pxenyanın istənilən ballistik raket buraxılışını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması hesab edir və KXDR-dən noyabrın 22-dən dekabrın 1-dək peyk buraxmaq planından imtina etməyi tələb edəcək.
Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi üç ölkənin xarici işlər nazirliklərinin nümayəndələri arasında aparılmış məsləhətləşmələrdən sonra məlumat verib.

Məsləhətləşmələrdə iştirak edənlər həmçinin çəkindirmə və cavab tədbirləri imkanlarını gücləndirmək üçün yaxından işləməyə və Pxenyanın hərəkətlərinə cavab vermək üçün BMT-də işləməyə söz veriblər.

Qeyd edək ki, Şimali Koreya əvvəllər Yaponiya Sahil Mühafizəsini noyabrın 22-dən dekabrın 1-dək süni peyk buraxmaq planları barədə xəbərdar etmişdi.


AzVision.az


Teqlər:





Xəbər lenti