“ABŞ və Çin durdurana qədər Rusiya irəliləməyə davam edəcək”
“Rusiyanın qorxusu yoxdur və hiss etmir ki, bütün dünya buna qarşıdır. Rusiya qoşunları ABŞ və Çin Ukrayna ərazisindən çıxarmağa çağırana qədər irəliləməyə davam edəcəklər”.
O, həmçinin hesab edir ki, Pekin və Vaşinqtonun Moskvaya təzyiq edəcəyi an gələcək və o, hərbi əməliyyatları dayandırmaq barədə düşünəcək.
Prezident Zelenski həmçinin Qərb ölkələrini Ukraynanı lazımi silah və hərbi texnika ilə daha fəal təchiz etməyə çağırıb. O, Kiyevin bəzi müttəfiqləri artıq silahları pulsuz təhvil vermək istəməzsə, kreditlə silah almağa hazır olduğunu bildirib.
AzVision.az
Teqlər: