Möhsün Rzayi: Yaxın günlərdə İsrailə qarşı yeni cəbhə açılacaq

      Möhsün Rzayi:    Yaxın günlərdə İsrailə qarşı yeni cəbhə açılacaq
  21 Noyabr 2023    Oxunub:1046
"Biz İsrailə qarşı yeni cəbhənin açılışının şahidi olacağıq, çünki HƏMAS təkcə Qəzzada deyil, İordan çayını Qərb sahilində və Fələstindən kənarda da mövcuddur".
AzVision.az “Al-Mayadeen” xəbər şəbəkəsinə istinadən bildirir ki, SEPAH-ın keçmiş baş komandanı, hazırda İranın Siyasi Məqsəd Şurasının katibi Möhsün Rzayi belə xəbərdarlıq edib.

“Bu müharibə İsrailin və gələcəkdə daha böyük rol oynayacaq müqavimət oxunun taleyini müəyyən edəcək. Qəzzaya qarşı müharibənin məqsədi bölgəyə nəzarət etməkdir və ABŞ buradan Şərqi Asiyaya yollar açmaq istəyir. İsrail Əl-Əqsa tufanında ancaq məğlubiyyətə düçar olacaq. Müharibənin İsrailin daxili vəziyyətinə təsirlərinə gəlincə, bu, işğalçı hökumətin başçısı Benyamin Netanyahunun devrilməsi ilə nəticələnəcək və biz illər sonra “İsrail”in süqutunun şahidi olacağıq”, - Rzayi deyib.

Son günlər İordan çayının qərb sahilində israillilərə qarşı terror hücumları cəhdləri və fələstinlilərlə İsrail hərbçiləri arasında toqquşmalar nəzərəçarpacaq dərəcədə artıb. Oktyabrın 7-dən noyabrın 18-dək İordan çayının Qərb sahilində həbs edilən fələstinli yaraqlıların sayı 1800 nəfər təşkil edib. Noyabrın 18-də HƏMAS-ın yüksək səlahiyyətli nümayəndəsi Əbu Ubaida Qərb sahilinin sakinlərini “fəaliyyətlərini aktivləşdirməyə” çağırıb.
AzVision.az



Teqlər: Rzayi   İsrail  





Xəbər lenti