İran: Nüvə danışıqlarının yolu hələ də açıqdır

      İran:    Nüvə danışıqlarının yolu hələ də açıqdır
  21 Noyabr 2023    Oxunub:987
Tehran və dünya gücləri arasında İranın nüvə məsələsi ilə bağlı danışıqlarda yeni bir inkişaf olmasa da, bu yol açıqdır.
AzVision.az xəbər verir ki, İran Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənani keçirdiyi həftəlik mətbuat konfransında İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqlara İsrail-HƏMAS müharibəsinin təsir edə biləcəyi barədə sualı cavablandırarkən belə deyib.

“Bizim bu münasibətlərdə yeni inkişaf yoxdur və vasitəçi dialoqlarla bağlı fasilələr və eniş-yoxuşlar şəraitin nəticəsidir. Aralıq danışıqlar razılaşdırılmış vaxtda keçirilə bilər”, - Kənani vurğulayıb.

İran və dünya gücləri arasında nüvə danışıqları bir müddətdir ki, praktiki olaraq dayanıb. Lakin ABŞ və Çin liderlərinin son görüşündə İranın nüvə proqramı ilə bağlı müzakirələr də aparılıb.

Hazırda İranın nüvə proqramının irəliləməsi ilə bağlı narahatlıqlar hələ də mövcuddur. Bir neçə gün əvvəl “Reuters” agentliyinin verdiyi məlumata görə, İranda üç nüvə bombası istehsal etmək üçün MAQATE-nin standartlarına uyğun 60% zənginləşdirilmiş kifayət qədər uran ehtiyatı var. İran isə hələ də MAQATE-nin nüvə proqramı ilə bağlı əsas suallarına və narahatlığına cavab verməyib.
AzVision.az


Teqlər: İran   nüvə  





Xəbər lenti