İranın Mətbuat məhkəməsində “Etemad” qəzeti “təqsirli” bilinib
“İRNA” xəbər agentliyinin məlumatına görə, Nəsrullahi, məhkəmənin bu qəzetdə bu il sentyabrın 12-da qəzetdə dərc edilən materialla bağlı olduğunu bildirib. Həmin matierialda hazırda ev dustağı olan Yaşıllar hərəkatının liderlərindən biri Mehdi Kərrubinin şəkli dərc edilməklə yanaşı, o, sağçı islahatçı” adlandırılıb.
Behzadi öz müdafiə çıxışında Milli Təhlükəsizlik Şurasının qərarından xəbərsiz olduğunu və bu qətnamənin ona çatdırılmadığını bildirib. 298 saylı qətnaməyə əsasən Ali Milli Təhlükəsizlik Şurası öz katibliyinə “media üçün xəbər siyasətini aydınlaşdırmaq” səlahiyyəti verib.
Qeyd edək ki, bu il iyunun əvvəlində “Etemad” qəzetinin məsul redaktoru SEPAH-ın şikayəti əsasında Mətbuat məhkəməsi tərəfindən 6 ay həbs və 15 milyon tümən cərimə ödəməyə məhkum edilib.
AzVision.az