Aktrisanın İrandan çıxmasına imkan verməyiblər

Aktrisanın İrandan çıxmasına imkan verməyiblər
  21 Noyabr 2023    Oxunub:887
Hindistanda keçiriləcək kinofestivalda iştirak etməyi planlaşdıran kinoaktrisa Azadə Səmədinin ölkədən çıxışına qadağa qoyularaq pasportu əlindən alınıb.
AzVision.az İran mediasına istinadən xəbər verir ki, Tehranın “İmam Xomeyni” hava limanında hökumət agentləri xanım Səmədinin pasportunu müsadirə edərək, ona “çıxış qadağası olduğunu” bildiriblər.

Xanım Səmədi bu il mayın 21-də teatr direktoru Rza Həddadın dəfn mərasimində şlyapa ilə iştirak etdikdən sonra məhkəməyə çağırılaraq ona hökm oxunub. Aktrisa ilə bağlı verilən əmrlərdən biri də kinosevərlərin geniş reaksiyası ilə üzləşən “anti-sosial xəstəliyinin müalicəsi üçün” psixoloji mərkəzlərə getməsi və səlahiyyətli şəxslərə “sağlamlıq arayışı” təqdim edilməsi olub.

İran ədliyyə sisteminin medi-resursu olan “Mizan” agentliyinin baş direktoru aktrisanın bu məhdudiyyətdən xəbərdar olduğunu və “hava limanına getməsinə icazə verilmədiyini bildiyi halda ora getdiyini” iddia edib.
AzVision.az



Teqlər: İran   aktrisa  





Xəbər lenti