İran Astarası yenidən Ərdəbil əyalətinə birləşə bilər

İran Astarası yenidən Ərdəbil əyalətinə birləşə bilər
  21 Noyabr 2023    Oxunub:2116
İranın Astara şəhərinin sakinləri Güney Azərbaycanın bu tarixi şəhərinin yenidən Ərdəbil əyalətinə birləşdirilməsini tələb edən kampaniya başladıblar.
AzVision.az “Günaz” agentliyinə istinadən xəbər verir ki, imza kampaniyası çərçivəsində İranın Daxili İşlər naziri Əhməd Vəhidiyə müraciət olunub:

“Biz Ərdəbil və Astara vilayətlərinin məsul şəxslərindən, eləcə də hörmətli məmurlardan xahiş edirik ki, Astaranın Rəşt şəhərindən uzaq olması səbəbindən Astaranın Ərdəbil vilayətinə birləşdirilməsi, Astara ilə vilayət mərkəzi arasındakı məsafənin azaldılması, eləcə də Astaranın imkanlarından yararlanması, buranın inkişaf etdirilməsi və abadlaşdırılması üçün bütün səylərinizi əsirgəməyin və Astara şəhərini dost və qardaş Ərdəbil əyalətinə qovuşdurun”, - müraciətdə deyilir.


Bir neçə gün əvvəl başilayan bu kampaniya 2024-cü il mayın 19-dək davam edəcək. Bu, Astara sakinləri tərəfindən şəhərin yenidən Ərdəbil əyalətinə birləşdirilməsi tələbi ilə keçirilən növbəti kampaniyadır.

Qeyd edək ki, Astara şəhəri və Heyran aşırımı tarixi Azərbaycan əraziləridir. 1958-ci ildə Pəhləvi hökuməti Güney Azərbaycanın Xəzər dənizi ilə əlaqəsini kəsmək və Azərbaycanı mühasirədə saxlamaq məqsədi ilə Astaranı Şərqi Azərbaycan əyalətindən ayıraraq Gilan bölgəsinə birləşdirib.
AzVision.az


Teqlər: İran   Astara  





Xəbər lenti