"İrəvanla Bakı arasında birbaşa dialoq vacibdir"

   "İrəvanla Bakı arasında birbaşa dialoq vacibdir"
  21 Noyabr 2023    Oxunub:919
İrəvan və Bakının birbaşa dialoqa başlaması və problemləri Cənubi Qafqaz regionunun xeyrinə həll etməsi vacibdir. Vaşinqton bu danışıqlarda kömək etməyə hazırdır.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

"Digər ölkələr də tərəflər arasında aparılan danışıqlara öz dəstəklərini təklif edirlər. Biz uzunmüddətli sülhə nail olmaq üçün birbaşa danışıqları vacib hesab edirik", - o deyib.

Millerin sözlərinə görə, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan rəhbərliyini dəstəkləyir və iki ölkə arasında bütün tərəflərin hüquqlarına hörməti ehtiva edən davamlı sülhün bərqərar edilməsinə yönəlmiş danışıqları asanlaşdırmağa hazırdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti