Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflər göndərib
Qeyd olunur ki, Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədin imzalanmasına sadiq qalır.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin üç prinsipini təqdim edib. Birinci prinsip Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü 29,8 min və 86,6 min kv. km hüdudlarında tanıdığını bildirir.
İkinci prinsip ondan ibarətdir ki, sərhədlərin delimitasiyası və demarkasiyası 1974-1990-cı illərin sovet xəritələri əsasında 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun aparılmalıdır.
Ermənistan və Azərbaycanın bir-birinə qarşı heç bir ərazi iddiası yoxdur və gələcəkdə heç bir iddia irəli sürməyəcəklər.
Üçüncü prinsip regional kommunikasiyalarla bağlıdır.
Bundan əvvəl Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev İrəvanı ABŞ-da Bakı ilə sülh üçün zəmin axtarmağı dayandırmağa çağırıb. Onun sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, əgər ölkə hökuməti xoş niyyət nümayiş etdirsə, Ermənistanla sülh müqaviləsinin imzalanmasına heç bir maneə yoxdur.
Noyabrın 18-də Paşinyan İrəvanda ATƏT Parlament Assambleyasının payız sessiyasının açılış mərasimində Azərbaycan tərəfi ilə sülhün əsas prinsipləri haqqında razılaşmanı elan edib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Azərbaycan Ermənistan