İranın Beheşti universitetində auditoriyalara hücum olub

İranın Beheşti universitetində auditoriyalara hücum olub
  21 Noyabr 2023    Oxunub:1532
Beheşti universitetinin təhlükəsizlik xidmətinin bəzi əməkdaşları psixologiya, ədəbiyyat və humanitar fakültələrdəki kitabxanaya və auditoriyalara hücum edib.
AzVision.az Birləşmiş Tələbələrin teleqram-kanalının yaydığı məlumata istinadən xəbər verir ki, professorlar dərs deyən zaman təhlükəsizlik əməkdaşları auditoriyalara girərək hicabsız qızların tələbə vəsiqələrini müsadirə ediblər.
Fakültələrin birində təhlükəsizlik əməkdaşları bəzi tələbələrin onun dərsində məcburi hicab taxmadıqlarına görə professoru sinifdən çıxararaq sorğu-sual ediblər.

Sinif otaqları ilə yanaşı, təhlükəsizlik qüvvələri tələbə kartlarının müsadirə olunması üçün universitetin kitabxanasına da soxulsalar da, tələbələrin müqaviməti nəticəsində oranı tərk etmək məcburiyyətində qalıblar.

Beheşti universitetində və digər universitetlərdə məcburi hicaba görə tələbələri sıxışdırmaq cəhdləri son aylarda intensivləşib.
AzVision.az


Teqlər: İran   universitetlər  





Xəbər lenti