İranda milyondan çox uşaq təhsili buraxmaq üzrədir

İranda    milyondan çox uşaq    təhsili buraxmaq üzrədir
  21 Noyabr 2023    Oxunub:1222
İranda bir milyondan çox uşaq təhsili buraxmaq üzrədir.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, ölkədə uşaqların vəziyyəti ilə bağlı narahatedici açıqlamalar barədə İran Parlamentinin Araşdırmalar Mərkəzinin eksperti Hadi Musəvinik bəyan edib:

“1,5 milyon uşaq məktəbi tərk etmək ərəfəsindədir, 14 milyon uşaq isə minimum qidalanma imkanına sahib yoxsul ailələrdə yaşayır”, - deyə o, bildirib.

Musəvinik Təhsil Nazirliyinin statistik məlumatlarına istinadla bildirib ki, ölkədə təhsili buraxmış 450 min uşaq var. Onların təhsildən uzaqlaşmağa əsas səbəbi isə maddi çətinliklərdir.
AzVision.az



Teqlər: İran  





Xəbər lenti