Qəzzada humanitar atəşkəs : HƏMAS onlarla girovu azad edir

    Qəzzada humanitar atəşkəs : HƏMAS onlarla girovu azad edir
  22 Noyabr 2023    Oxunub:1513
İsrail hökuməti Fələstinin radikal HƏMAS hərəkatı ilə onlarla girovun azad edilməsinə dair razılaşmanı təsdiqləyib.
Bu barədə Baş nazir Benyamin Netanyahunun ofisinin yaydığı bəyanatda bildirilib. Bəyanatda deyilir: “İsrail hökuməti bütün girovları vətənə qaytarmaq niyyətindədir. Bu gün axşam hökumət bu məqsədə çatmaq üçün birinci mərhələ planını təsdiqləyib, ona əsasən, dörd gün ərzində ən azı oğurlanmış 50 qadın və uşaq azad ediləcək”.

Həmçinin oğurlanan daha 10 nəfərin azad edilməsi üçün atəşkəs əlavə bir gün də uzadıla bilər.

“Axios” portalının məlumatına görə, razılaşmanın birinci mərhələsində HƏMAS Qəzzada saxlanılan 50-yə yaxın israilli qadın və uşağı, İsrail isə əksəriyyəti qadın və yeniyetmələrdən ibarət 150-yə yaxın fələstinli girovu azad etməlidir. Bundan əlavə, İsrail Misirdən gündəlik olaraq Qəzzaya humanitar yardım aparan 300-ə yaxın TIR-a anklava keçməyə, o cümlədən daha çox yanacaq gətirilməsinə icazə verəcək. İkinci mərhələdə, İsrailin humanitar atəşkəsi bir neçə gün daha uzatması müqabilində HƏMAS daha çox qadın, uşaq və qocanı azad edə bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti