Beheşti universitetinin tələbələri tətilə başlayıblar

Beheşti universitetinin tələbələri tətilə başlayıblar
  22 Noyabr 2023    Oxunub:962
Tehranın Beheşti universitetinin Psixologiya fakültəsində təhlükəsizlik qüvvələrinin dərslərə girərək hicabsız tələbələrin kartlarını müsadirə etməsi və professorları sorğuya çəkməsi tələbələr arasında ciddi narazılığa səbəb olub.
AzVision.az İranın Tələbə Həmkarlar ittifaqları şuralarının teleqram-kanalına istinadən xəbər verir ki, bu universitetin tələbələri təhlükəsizlik əməkdaşlarının davranışına etiraz olaraq auditoriyalara girməkdən edərək fakültənin kampusuna toplaşıblar.

Etirazçılar tələbələrin “ən aşkar hüquqlarının”, o cümlədən “təhlükəsizlik hüququ”nun təhlükə altına atıldığı üçün tətilə başladıqlarını açıqlayıblar.

“Bu hərəkətlər ancaq din pərdəsi altında öz güclərini göstərməklə və digər bezdirici məqsədlərini təmin etməklə məşğul olan fanatiklərin və mənfəətpərəstlərin xeyrinədir”, - tələbələr bildirib.
AzVision.az


Teqlər: İran   tələbələr  





Xəbər lenti