İranda Güneyli vəkilə 1 il həbs cəzası verildi

   İranda Güneyli vəkilə 1 il həbs cəzası verildi
  22 Noyabr 2023    Oxunub:1030
Almaniyada yaşayan vəkil və Güney Azərbaycan İnsan Haqları təşkilatının vitse-prezidenti Sina Yusifi 1 il müddətinə azadlıqdan məhrum olunub.
AzVision.az xəbər verir ki, “hakikiyyət əleyhinə təbliğat aparmaq”da ittiham olunan Sina Yusifini İranın İnqilab məhkəməsinin 6-cı şöbəsi 1 il müddətinə azadlıqdan məhrum edib.

Bundan öncə Sina Yusifi sözügedən işin elektron bildirişini özünün “X” hesabında paylaşaraq, ona qarşı irəli sürülən “ittiham”ın mahiyyətini açıqlayıb.

“İsfahan Evi” kimi tanınan məhkəmə işini aparan hakimin qanunsuz hərəkətləri barədə məlumat verdiyim üçün mən İsfahan İnqilab Prokurorluğu tərəfindən “hökumətə qarşı təbliğat aparmaq, ictimai rəyi çaşdırmaq” ittihamı ilə çağırılmışam”, - vəkil yazıb.
AzVision.az


Teqlər: İran   vəkil  





Xəbər lenti