İranlı jurnalist: Ölkədə “mobil telefonlara nəzarət polisi” yaradılıb

      İranlı jurnalist:    Ölkədə “mobil telefonlara nəzarət polisi” yaradılıb
  22 Noyabr 2023    Oxunub:998
Ötən il ölkəni silkələyən ümumxalq etirazlarından sonra İran hökuməti, demək olar ki, bütün sahələrdə total nəzarət sistemi tətbiq etməyə başlayıb.
AzVision.az xəbər verir ki, Əli Mömini adlı iranlı müxbir özünün “X” hesabında ölkədə indi də mobil telefonlara nəzarət polisinin fəaliyyətə başladığını bildirib

“Dünən gecə Tehranın Yusifabad məhəlləsindəki parklardan birində dünyanın ən zərərsiz insanları olaraq iki dostumla birlikdə gəzərkən, maskalı, üzü qara parça ilə örtülü, əllərində rabitə cihazı olan 5-6 nəfər üzərimizdə axtarış aparıb, bizdən ötən il sentyabrın 16-dan bəri siyasi məzmunlu post paylaşıb-paylaşmadığımızı soruşdular. Sonra da “İnstagram” arxivimizi yoxladılar”, – Mömini yazıb.

Onun sözlərinə görə, yoxlayanlara buna hüquqları çatmadığını deyəndə və polisə zəng etmək istədikdə, həmin şəxslər Ədliyyə orqanının əməkdaşları olduqlarını və telefonlara baxa biləcəklərini söyləyiblər. Polisdən verilən cavab da yoxlamaya məruz qalanları məyus edib.

“Polisdən isə bildirildi ki, onlar “Bəsic” (hökumətə yaxın radikal və könüllü silahlı birləşmə) üzvləridir və polisə tabe deyillər”, - müxbir deyib.

Əli Mömini onlara qarşı edilən hərəkətin kompüter cinayətkarlığı haqqında qanuna görə, tamamilə qanunsuz olduğunu bildirib.
AzVision.az


Teqlər: İran   telefonlar  





Xəbər lenti