Avtoritetin 720 evi dövlət mülkiyyətinə verildi

Avtoritetin 720 evi dövlət mülkiyyətinə verildi
  22 Noyabr 2023    Oxunub:1050
Qırğızıstanda öldürülən kriminal avtoritet Kamçıbek Kolbayevin 720 mənzili dövlət mülkiyyətinə keçib.
Bunu Qırğızıstanın dövlət əmlakının idarə edilməsi üzrə Agentliyinin direktorunun birinci müavini Meder Maşiyev deyib. Onun sözlərinə görə, bundan başqa Kolbayevin 38 torpaq sahəsi və evləri, 356 nəqliyyat vasitəsi də dövlət mülkiyyətinə verilib. Eyni zamanda, “qanuni oğru”nun avtomobilləri hərraca çıxarılıb, dəyəri yarım milyon dollardan çox olan damazlıq atları isə müsadirə edilib.

Qeyd edək ki, oktyabrın əvvəlində kriminal avtoritet Kamçı Asanbek (Kamçıbek Kolbayev) Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti