Vaşinqton: İran edamları və ölüm hökmlərini dayandırmalıdır
“Ədalətli mühakimə olmadan saxta edamlar, işgəncələr və ölüm hökmlərindən istifadə təkcə insan hüquqlarını pozmur, həm də insan ləyaqətinə əsas hörmətə ziddir. Bu qeyri-insani hərəkətlər dərhal dayandırılmalı və İran öz vətəndaşları üçün ədalətli və şəffaf məhkəmələr təşkil etməlidir”, - paylaşımda deyilir.
Qeyd edək ki, dünən Qəzəlhəsər həbsxanasından dərc olunan məktubda Saman Yasin təxəllüsü ilə işləyən iranlı etirazçı repçi Saman Səidinin Evin həbsxanasının 240-cı palatasında, “süni edam”a məruz qalması və iki gün sonra ona “əsl ölüm hökmü”nün bildirilməsi barədə məlumat verilib.
Ötənilki ümummilli etirazlar zamanı həbs edilən Saman Yasin müharibə qızışdırmaqda günahlandırılıb. Əvvəlcə ona ölüm hökmü çıxarılsa da, sonradan Ali Məhkəmə bu qərarı ləğv edib.
AzVision.az