"Mənim orada nə işim var?" - Simonyan da KTMT-dən küsüb
Spikerin sözlərinə görə, KTMT öz öhdəliklərini yerinə yetirmir.
"O, öz üzvülərini müdafiə etməli olan müdafiə təşkilatıdır, ancaq KTMT hadisələrə siyasi qiymət belə vermədi. Mənim orada nə işim var, izah edə bilərsinizmi? - Simonyan jurnalistlərə müraciət edərək deyib.
O, əlavə edib: "Ermənistan təşkilatın mexanizmlərini işə salmağa çalışır. Əgər alınmasa, bu, pisdir".
Simonyan bildirib ki, KTMT üzrə tərəfdaşlarına verdiyi qərarla bağlı xəbərdarlıq edib. Amma münasibətlərin “dondurulmasından” söhbət getmir.
“Əminəm ki, onlar da iştirak etməmənin səbəblərini başa düşürlər”.
Qeyd edək ki, noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etdiyini açıqlayıb.
Daha sonra Paşinyan ölkə parlamentində bəyan edib ki, KTMT öhdəliklərinə zidd olaraq Ermənistanın təhlükəsizliyinə "təhdidlərə" lazımi cavab verməyib. Ermənistan cəmiyyəti ölkə rəhbərliyinin hər dəfə bu tədbirlərdə iştirak edib, təhlükəsizlik problemlərini qaldırıb və daha sonra nəticəsiz geri qayıtmasına etiraz edir.
Ermənistanın Xarici İşlər və Müdafiə nazirləri KTMT-nin qarşıdakı tədbirlərində iştirak etmək niyyətində deyillər.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: