İranın İraqdakı tərafdaşı ABŞ-ni təhdid edir

   İranın İraqdakı tərafdaşı ABŞ-ni təhdid edir
  22 Noyabr 2023    Oxunub:1379
İraqdakı İranyönümlü “Hərəkat Hizbullah əl-Nücəba” qruplaşması ABŞ-nin regiondakı qüvvələrinə qarşı 500 km mənzilli pilotsuz hücum gəmilərindən istifadə etməyə başlayacağını bildirib.
AzVision.az xəbər verir ki, təşkilatın yaydığı bəyanatda belə iddia səsləndirilir.

“Bizim raketlərimiz sizi quruda vurduğu kimi, dənizdə də sizi gözləyən bir şeyimiz var”, - bəyanatda deyilir.

ABŞ Hərbi Dəniz qüvvələrinin (HHQ) 5-ci Donanmasının İraqın çıxışı olan Fars körfəzində yerləşdirilməsindən sonra Amerikanın İraqdakı bazalarına qarşı iranpərəst qrupların hücumu intensivləşib.

“Hərəkat Hizbullah əl-Nücəba” Suriya və İraqda xüsusilə fəal olan yarımhərbi qruplaşmadır. Suriyada Bəşər Əsədi dəstəkləmək üçün Əkrəm əl-Kəabi tərəfindən 2013-cü ildə yaradılıb. Qruplaşmaya SEPAH-ın “Sepah-e Qüds” xüsusi bölməsi nəzarət edir.
AzVision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti