İran əhalisinin 25%-i kirayədə yaşayır
“Ev təsərrüfatlarının portfelində kirayə haqqının payı hələ də yüksək olduğu üçün biz çalışmalıyıq ki, ev təsərrüfatları portfelində bu payı mənzil istehsalı vasitəsilə təmin edək. Biz bir sıra həll yolları ilə xalqın mənzillə təmin olunmasına dəstək verməklə yanaşı, mənzil istehsal və tədarük etməklə hökumətin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə çalışmalıyıq”, - Bazarpaş əlavə edib.
Qeyd edək ki, mənzil məsələsi İranda vətəndaşların ən böyük probleminə çevrilib. İnsanların qazanclarının əsas hissəsi mənzil borcu ödəmək və ya kirayə üçün sərf olunur. Mənzil qiymətləri isə dəhşətli dərəcədə bahalaşıb. 2019-cu ildən bəri isə ölkədə kirayə haqqı 80% artıb.
AzVision.az
Teqlər: İran kirayəçilər