Rusiya Ukraynada döyüşən Əhmədi axtarışa verdi

Rusiya Ukraynada döyüşən  Əhmədi axtarışa verdi
  22 Noyabr 2023    Oxunub:1535
Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) kikboksinq üzrə Dağıstan yığmasının keçmiş baş məşqçisi Əhməd Əhmədovu axtarışa verib.
AzVision.az xəbər verir ki, bu barədə DİN-in axtarış məlumat bazasında məlumat verilib.

Əhmədovun konkret olaraq hansı maddə üzrə axtarışa verilməsi barədə məlumat qeyd olunmayıb.

Döyüşə satanistlər gedir - Məşhur rus qatil Ukraynada yaralanıb
Bildirilib ki, Əhmədova qarşı əvvəllər dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb. Dağıstan kikboksinq komandasının keçmiş məşqçisi Ukrayna ordusunun tərkibində Rusiyaya qarşı döyüşüb.

Əhmədov 2017-ci ildən Ukraynada yaşayır. O burada K-1 peşəkar kikboksinq federasiyasının prezidenti vəzifəsində çalışıb. Müharibə başlayan kimi "Hort" batalyonunun tərkibində Ukrayna Silahlı Qüvvələrinin müdafiə bölmələrinin sıralarına qoşulub. Məşqçi bundan sonra “İmam Şamil adına Dağıstan Könüllülər Batalyonu”na keçərək Baxmutun müdafiəsində iştirak edib.

Maraqlıdır ki, Əhmədovun ailəsi Rusiyada yaşayır və o hələ də Rusiya vətəndaşlığından imtina etməyib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   DİN   Axtarış  





Xəbər lenti