Tehran “mobil telefonlara nəzarət polisi” yaradıb - FOTO

Tehran “mobil telefonlara nəzarət polisi” yaradıb    - FOTO
  22 Noyabr 2023    Oxunub:1131
İranda “mobil telefonlara nəzarət polisi” yaradılıb.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə iranlı jurnalist Əli Mömini özünün “X” hesabında xəbər verib.

“Dünən gecə Tehranın Yusifabad məhəlləsindəki parklardan birində dünyanın ən zərərsiz insanları olaraq iki dostumla birlikdə gəzərkən, maskalı, üzü qara parça ilə örtülü, əllərində rabitə cihazı olan beş-altı nəfər üzərimizdə axtarış aparıb, bizdən ötən il sentyabrın 16-dan bəri siyasi məzmunlu post paylaşıb-paylaşmadığımızı soruşdu. Sonra da “Instagram” arxivimizi yoxladılar”.
Jurnalistin sözlərinə görə, hüquq-mühafizə orqanı əməkdaşlarına bu yoxlanışa hüquqları olmadığını desələr də, onlar Ədliyyə orqanının əməkdaşları olduqlarını və telefonlara baxa biləcəklərini bildiriblər.

“Daha sonra biz polisə zəng vurmaq istədikdə getdilər. Polisdən isə bildirildi ki, onlar “Bəsic” (hökumətə yaxın radikal və könüllü silahlı birləşmə) üzvləridir və polisə tabe deyillər. Kompüter cinayətkarlığı haqqında qanuna görə, bu, tamamilə qanunsuzdur”, - deyə o əlavə edib.
AzVision.az



Teqlər: İran  





Xəbər lenti