İran hökuməti gəlir vergilərini artırımağa hazırlaşır
Bəyan edilmiş 1 trilyon 122 milyard tümən həcmində nəzərdə tutulan vergi gəlirləri neft və qaz satışından iki dəfə çoxdur. Hökumət və onu dəstəkləyən media bunu “davamlı gəlirlər” adlandırır.
Dövlət qulluqçularının vergiləri də mərhələli şəkildə artırılıb və aylıq gəliri 10-16 milyon tümən olanlar 10%, aylıq gəliri 16,8-17,6 milyon tümən olanlar 15%, aylıq gəliri 27,6-40,8 milyon tümən olanlar 20%, ayda 48 milyon tüməndən çox qazanan insanlar isə 30% vergi ödəməlidir.
Həmçinin dəyəri 25 milyard tüməndən çox olan yaşayış, ofis və ticarət torpaqlarının sahibləri 0,2% vergi ödəməlidir.
Digər tərəfdən, magistral yollarda hərəkət edən “bütün avtomobillərdən” qət etdiyi hər kilometrə görə və nəqliyyat vasitəsinin növündən asılı olaraq alınan rüsumların ümumi dövlət büdcəsi nəzdində Avtomobil yolları və Nəqliyyat təşkilatının hesabına yatırılması nəzərdə tutulur. Büdcə layihəsinə əsasən, dəyəri 3 milyard tüməndən çox olan avtomobillər üçün 1% vergi alınacaq.
İranın iqtisadiyyat nazirinin açıqlamasına görə, gələn ilin büdcəsində “ bir barreli 65 avro civarında” olmaq şərti ilə sutkada 1,350 milyon barrel xam neftin və kondensatın ixracı nəzərdə tutulur ki, bu da ümumi gəlirlərin 22,8%-i deməkdir. qayisə edilir.
AzVision.az