"Dünya bu səhvdən tez bir zamanda əl çəkməlidir”- Ərdoğan
“Çox gec olmadan İsrailin tərəfində olan dövlətlərin hökumətləri beynəlxalq hüquq, insan haqları, vicdan və mənəviyyat əsasında dayanmalı və bu cinayətlərə ortaq olmamalıdır.
Biz məzlumların yanında olmalı, onları zalımların atdığı addımlardan xilas etməliyik. Mən inanmıram ki, HƏMAS-ın əlindəki mülki şəxslərə qarşı hər hansı mənfi davranış olsun və ya olacaq”, - Türkiyə lideri bildirib.
Ərdoğanın sözlərinə görə, Bosniya və Kosovodakı qətliamlar diqqətdən kənarda qaldı və ört-basdır edildi. İraq və Suriyada yenidən utanc verici sükut hökm sürdü.
“Bu dəfə isə hər şey başqa cür oldu. Bu ölkələrin hökumətləri, bildiyiniz kimi, yenə də kənarda qaldılar, amma xalq “bəsdir bu zülmlər” deyir. Qəzzada öldürülən körpələri görürlər və üsyan edirlər. Küçələrdən yüksələn səs vicdan nidasıdır. Küçələrin çağırışı İsraili hər gün küncə sürükləyir. Bu səsə qulaq asan siyasətçilər tezliklə öz xalqından demokratik cavab alacaqlar. İsrailyönlü mövqeləri ilə xalqının gözündə soyqırımın ortağı olmuş liderlər bu səhvdən tez bir zamanda əl çəkməlidirlər”.
Türkiyə prezidentinin sözlərinə görə, Fələstin-İsrail münaqişəsinin həlli müsəlmanlar, xristianlar, yəhudilər arasında fərq qoymadan insan amili əsas götürülərək nəzərdən keçirilməlidir.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: