Putin Minskə gedir

   Putin Minskə gedir
  22 Noyabr 2023    Oxunub:1000
Rusiya prezidenti Vladimir Putin cümə axşamı Minskə səfər edəcək və burada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında iştirak edəcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, gündəliyə KTMT üzvləri arasında qarşılıqlı fəaliyyətin əsas məsələləri, o cümlədən kollektiv təhlükəsizlik sisteminin daha da təkmilləşdirilməsi, eləcə də aktual beynəlxalq və regional problemlər daxil ediləcək.

Şahanə Rəhimli
AzVision.az





Teqlər:





Xəbər lenti