Rusiyada iki qatar toqquşub, yaralananlar var

Rusiyada iki qatar toqquşub, yaralananlar var
  22 Noyabr 2023    Oxunub:994
Rusiyanın Ulyanov vilayətində iki qatarın toqquşması nəticəsində 25 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, məlumatı “Mash” teleqram kanalı yayıb.

Bildirilib ki, Adlerdən Permə hərəkət edən sərnişin qatarı Bryandino və Tiinsk Kuybışevsk dəmiryol stansiyaları arasında manevr edən teplovozla toqquşub.

Sərnişinlərin 94-ü uşaq olub. Məlumata görə, yaralılara yardım edilir. Hadisənin səbəbi və şəraiti araşdırılır.

AzVision.az



Teqlər:





Xəbər lenti