Dövlət sərhədini pozmağa cəhd edən 4 Pakistan vətəndaşı saxlanılıb - FOTO

   Dövlət sərhədini pozmağa cəhd edən 4 Pakistan vətəndaşı saxlanılıb -    FOTO
  22 Noyabr 2023    Oxunub:839
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.


Məlumata görə, noyabrın 21-də saat 13:35-də Qusar rayonunun Zuxul kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Pakistan İslam Respublikası vətəndaşları 1974-cü il təvəllüdlü Majeed Abdul Muhammad, 1979-cu il təvəllüdlü Muhammad Yaseen Ali, 2004-cü il təvəllüdlü Abu Bakar Ahsan ve 2008-ci il təvəllüdlü Ullah Ubaid Ahsan Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Araşdırma zamanı saxlanılan əcnəbi vətəndaşların ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti