Ermənistanda korrupsiyada şübhəli bilinən 9 nəfər saxlanılıb

   Ermənistanda korrupsiyada şübhəli bilinən 9 nəfər saxlanılıb
  22 Noyabr 2023    Oxunub:805
Ermənistanın Artaşat ərazi vahid sosial xidmət mərkəzinin yüksək vəzifəli şəxsləri də daxil olmaqla 9 nəfər rüşvət almaqda şübhəli bilinərək saxlanılıblar.
AzVision.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Korrupsiyaya qarşı mübarizə komitəsinin mətbuat xidməti məlumat yayıb.

Müəyyən edilib ki, Artaşat ərazi vahid sosial xidmət mərkəzinin Sosial iş və məşğulluq proqramları şöbəsinin müdiri, həmin idarənin şöbələrindən birinin rəhbəri X.S və böyük sosial işçi L.M. vətəndaşlardan rüşvət alıb.
AzVision.az




Teqlər:





Xəbər lenti