“Qəzza uşaqlar üçün dünyanın ən təhlükəli yeridir” - BMT

   “Qəzza uşaqlar üçün dünyanın ən təhlükəli yeridir” -    BMT
  22 Noyabr 2023    Oxunub:1042
“Qəzza uşaqlar üçün dünyanın ən təhlükəli yeridir”.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel bildirib.

“Cəmi 46 gündə 5 min 300 fələstinli uşaq öldürülüb. Bu, gündə 115 uşağa bərabərdir. Qəzzada ölənlərin 40 faizi uşaqlardır. Belə bir vəziyyətlə heç vaxt rast gəlinməyib. Qəzza uşaqlar üçün dünyanın ən təhlükəli yeridir”, - deyə Rassel qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti