Avropa liderləri müharibəyə hazırlaşır

Avropa liderləri müharibəyə hazırlaşır
  23 Noyabr 2023    Oxunub:1076
Çexiya prezidenti Petr Pavel Rusiyanı Avropa ölkələri üçün əsas təhlükə adlandırıb və bildirib ki, Aİ ölkələrinin orduları yüksək intensivlikli münaqişəyə hazırlaşır.
Pavel Ukraynadakı münaqişəyə görə Rusiya Silahlı Qüvvələrinin döyüş qabiliyyətini bərpa etməsi üçün illər lazım olacağı fikrini bildirib.

Bununla belə, Çexiya Prezidenti vurğulayıb ki, buna baxmayaraq, NATO dövlətləri hələ də Moskvanı bir nömrəli təhlükə kimi qəbul edirlər. Buna görə də bütün Avropa orduları qitədə yüksək intensivlikli münaqişə ehtimalına hazırlaşır.

Polşa prezidenti Anjey Duda öz növbəsində bildirib ki, ölkədə ordunun modernləşdirilməsi və gücləndirilməsi proqramı artıq həyata keçirilir. Polşa prezidenti “potensial təcavüzə” yaxşı hazır olmağa çağırıb.


AzVision.az


Teqlər:





Xəbər lenti