Livanlı deputatın oğlu İsrailin hücumu nəticəsində ölüb

   Livanlı deputatın oğlu İsrailin hücumu nəticəsində ölüb
  23 Noyabr 2023    Oxunub:876
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda 10 yaşayış məntəqəsinə zərbələr endirib.
“Al Nashra” xəbər portalının verdiyi məlumata görə, Beyt Yahun kəndində “Hizbullah” partiyasının fəallarının yerləşdiyi evlərdən birinə raketlər düşüb. Nəticədə dörd nəfər həlak olub, onların arasında “Müqavimətə Sadiqlik” parlament fraksiyasının rəhbəri Məhəmməd Raadın oğlu da var.

Noyabrın 19-da Livanın cənubundakı Əl-Xiyam şəhərində “Amal” hərəkatının deputatı Kabalan Kabalanın evi atəşə tutulub. Binaya ciddi ziyan dəysə də, deputat xəsarət almamışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti