Ağ Ev Konqresdə Ukrayna üzrə səsvermənin gecikməsindən narahatdır
Məqalədə qeyd edilir ki, Consonun hərəkətləri demokratları məyus edir, çünki Ukraynaya maliyyə vəsaiti “böhran həddinə” çatır. Demokratlar ümid edirlər ki, Şükran günündən sonra Nümayəndələr Palatasında Baydenin Ukrayna, İsrail, Tayvana və ABŞ-ın milli təhlükəsizlik üzrə digər strateji tərəfdaşlarına hərtərəfli yardım tələbini müzakirə etməyə başlayacaq.
Bundan əvvəl Nümayəndələr Palatası spiker Consonun təklif etdiyi ABŞ büdcə layihəsini Ukrayna və İsrailə yardım olmadan təsdiqləyib.
Bu sənəd dövlət proqramlarının ikimərhələli maliyyələşdirilməsini nəzərdə tutur, o cümlədən nəqliyyat, energetika və hərbi tikinti ilə bağlı bəziləri yanvarın 19-dək, digər dövlət sektorları üçün isə fevralın 2-dək maliyyələşdiriləcək.
AzVision.az
Teqlər: