Dünyadakı bütün HƏMAS liderləri “Mossad”ın hədəfində

   Dünyadakı bütün HƏMAS liderləri “Mossad”ın hədəfində
  23 Noyabr 2023    Oxunub:1213
İsrail hökumətinin başçısı Benyamin Netanyahu bildirib ki, o, Mossad kəşfiyyat xidmətinə Fələstinin radikal HƏMAS hərəkatının liderlərinə qarşı bütün dünyada fəaliyyət göstərməyi əmr edib.
Baş nazirin sözlərinə görə, o, kəşfiyyata HƏMAS rəhbərliyinin harada yerləşməsindən asılı olmayaraq onlara qarşı fəaliyyət göstərməyi tapşırıb.

Noyabrın 22-də İsrail Qəzza zolağında saxlanılan girovları azad etmək üçün HƏMAS ilə razılaşmanı təsdiqləyib. Razılaşmaya əsasən, dörd günlük atəşkəs elan ediləcək və bu müddət ərzində HƏMAS 50 qadın və uşağı azad edəcək.

Bundan əlavə, Qırmızı Xaç nümayəndələrinə lazımi tibbi yardım göstərmək üçün qalan girovlara baş çəkməyə icazə veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti