KXDR Cənubi Koreya ilə sərhədə əlavə qoşun göndərdi

KXDR Cənubi Koreya ilə sərhədə əlavə qoşun göndərdi
  23 Noyabr 2023    Oxunub:1305
Şimali Koreya Cənubi Koreya ilə sərhəddə hərbisizləşdirilmiş zonanın yaxınlığında yerləşən silahlı qüvvələrini gücləndirməyi planlaşdırır. Bu əraziyə əlavə qoşunlar və yeni silahlar yerləşdiriləcək.
Bu məlumatı Koreya Mərkəzi Xəbər Agentliyi yayıb. Bu qərara səbəb Seulun KXDR-in peyk buraxılışına cavab olaraq 2018-ci ildə Koreyalararası hərbi razılaşmanın bir hissəsini dayandırması olub.

KXDR hakimiyyəti oktyabr ayında peyk buraxmaq üçün üçüncü cəhdi həyata keçirmək niyyətində olduqlarını daha əvvəl bəyan etmişdi. Əvvəlki iki uçuş may və avqust aylarında baş vermiş və uğursuz olmuşdu.

AzVision.az


Teqlər:





Xəbər lenti