Norveç də Rusiya ilə keçid məntəqələrini bağlaya bilər

Norveç də Rusiya ilə keçid məntəqələrini bağlaya bilər
  23 Noyabr 2023    Oxunub:1286
Norveçin baş naziri Yonas Qar Störe ölkəsinin Finlandiyadan nümunə götürərək Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamağa hazır olduğunu bildirib.
Bu barədə TV2 telekanalı baş nazirin bəyanatına istinadən xəbər verir. Onun sözlərinə görə, ölkəsi həm Finlandiya, həm də Estoniyadakı vəziyyəti diqqətlə izləyir və lazım gəldikdə müvafiq addım atacaq.

Telekanal qeyd edib ki, indiyədək Rusiyadan Storskoq keçid məntəqəsi vasitəsilə sərhəd keçidlərinin sayının əhəmiyyətli dərəcədə artması barədə məlumat yoxdur.

Qeyd edək ki, Finlandiya Murmanskın ən şimalda yerləşən Raya-Yooseppi sərhəd keçid məntəqəsi istisna olmaqla, Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayacaq.

Baş nazir Petteri Orpo bildirib ki, keçid məntəqələri gələn il fevralın 23-dək fəaliyyət göstərməyəcək. Helsinkidə belə kəskin addım öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək və qeyri-qanuni miqrant axınının qarşısını almaq istəyi ilə izah olunur.


AzVision.az



Teqlər:





Xəbər lenti