Nyu-Yorkda gürcü qanuni oğrular tutuldu

   Nyu-Yorkda gürcü qanuni oğrular tutuldu
  23 Noyabr 2023    Oxunub:1167
Nyu-Yorkda gürcü cinayətkar dəstəsinin 4 üzvü saxlanılıb və onlara qarşı hədə-qorxu ilə pul tələb etmək ittihamı irəli sürülüb.
Bu barədə Gürcüstanın “Rustavi 2” televiziya şirkəti məlumat yayıb. Saxlanılanlar arasında qanuni oğru Vaja Qabadadze (Natan Yusupov) və onun üç şəriki - Kaxa Katsadze, Tava kimi tanınan Teymuraz Tavberidze və David Tikaradze də var.

Nyu-York prokurorluğunun məlumatına görə, noyabrın 14-də həbs edilən dörd nəfərin hamısı Kutaisidəndir. İttihama görə, 2022-ci ilin sentyabrından 2023-cü ilin avqustuna qədər qrup üzvləri zərərçəkmişi zorakılıqla hədələyərək ondan pul tələb ediblər.

Əgər onların günahı sübuta yetirilərsə, o zaman Amerika qanunlarına görə onları 20 ilə qədər həbs gözləyir. Vaja Qabadadze 1983-cü ildə anadan olub. O, 28 oktyabr 2012-ci ildə Afinada Ded Hassan klanı tərəfindən taclandırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti