Orbandan Qərbə Rusiya ilə bağlı çağırış: “B planı” axtarın

      Orbandan Qərbə Rusiya ilə bağlı çağırış:    “B planı” axtarın
  23 Noyabr 2023    Oxunub:1605
Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukrayna münaqişəsi ilə bağlı Avropa İttifaqının (Aİ) strategiyası iflasa uğrayıb, Rusiyanı məğlub etmək olmaz, ona görə də fərqli fəaliyyət planı axtarmaq lazımdır.
Orban xatırladıb ki, Budapeşt Moskvanın Ukraynaya qarşı hərəkətlərini pisləyib, lakin Qərbin onlara reaksiyası düzgün deyil. Onun sözlərinə görə, strategiya ukraynalıların cəbhədə döyüşüb qalib gəlməsi, rusların isə uduzması idi. Lakin reallıq bunun əksi oldu.

“Nəyə gəldik? Rusiya uduzmayacaq və onun siyasətində heç nə dəyişməyəcək. Ona görə də biz reallıqla üzləşməliyik. Biz B planına keçməliyik. Hazırda Avropa Birliyinin belə bir planı yoxdur.

Brüssel strategiyaya yenidən baxmaq əvəzinə Ukraynaya yardım göstərməkdə davam edir, bu isə tamamilə mənasızdır. Dərhal atəşkəs əldə olunmalı və münaqişənin sülh yolu ilə həlli üçün danışıqlara başlanmalıdır”.

AzVision.az


Teqlər:





Xəbər lenti