Ağ Ev: "Qəzzada girovlar noyabrın 24-də azad edilə bilər"

   Ağ Ev:   "Qəzzada girovlar noyabrın 24-də azad edilə bilər"
  23 Noyabr 2023    Oxunub:1103
ABŞ hesab edir ki, İsrail və Fələstinin HƏMAS hərəkatı arasında əsir mübadiləsi və atəşkəs haqqında razılaşmaya əməl olunur və girovlar cümə günü azadlığa buraxıla bilər.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrien Vatsonun bəyanatında deyilir.
İsrail hərbçiləri Əl-Şifa xəstəxanasının direktorunu saxlayıb


“Müqavilə razılaşdırılıb və belə də qalır. Tərəflər son logistik, xüsusən də sazişlərin icrasının ilk günü ilə bağlı detalları hazırlayırlar”, - deyə o bildirib.

Vatson vurğulayıb ki, Vaşinqton hesab edir ki, girovların azad edilməsinə dair razılaşma çərçivəsində “heç nəyi şansa buraxmaq olmaz”.

"Bizim əsas prioritetimiz onların evlərinə təhlükəsiz qayıtmasını təmin etməkdir. Hər şey plana uyğun gedir və ümid edirik ki, icraya cümə günü səhər saatlarında başlanılacaq", - o əlavə edib.

CBS telekanalının mənbəsi bildirib ki, hərbi əməliyyatlarda fasilə zamanı Qəzza zolağına humanitar yardım olaraq hər gün 300 yük maşını ərzaq, o cümlədən çörək hazırlamaq üçün lazım olan bitki yağı və xəstəxanaların fəaliyyəti üçün lazım olan yanacaq çatdırılacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti