İrandan Ermənistana narkotik keçirmək istədilər

İrandan Ermənistana narkotik keçirmək istədilər
  23 Noyabr 2023    Oxunub:865
İrandan Ermənistana narkotik maddə gətirilməsinin qarşısı alınıb.
Bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, bir Çin vətəndaşı saxlanılıb.

Dövlət Gəlirləri Komitəsinin gömrük idarəsinin əməkdaşları İrandan gələn avtobusda (sürücüsü İran vətəndaşı G.A. olub-red.) içərisində metamfetamin olan dəri çanta aşkar ediblər.
Çanta Çin vətəndaşı L.L-yə təhvil verilməli imiş. Axtarış zamanı onun İrəvandakı evində metamfetamin olan daha üç çanta aşkar edilib.

Narkotik maddələrin ümumi çəkisi 10 kq-dan, bazar dəyəri isə 800 milyon dramdan (təxminən 2 milyon dollar) çox olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti