Rəisi: Fələstin dövlətinin yaradılması zəruridir
“Qəzza xalqına qarşı cinayətləri dayandırmaq üçün BMT Baş Assambleyasının sionist rejim əleyhinə məcburi qətnaməsi qəbul edilməlidir. İsraillə yanaşı, ABŞ da insanlığa qarşı cinayətlər və körpələrin öldürülməsi ilə bağlı beynəlxalq məhkəmə qarşısına çıxmalıdır. Fələstin xalqının özünümüdafiə hüququnun tanınması və işğal olunmuş ərazilərin azad edilməsi uğrunda mübarizəsi azad ölkələr tərəfindən dəstəklənir. BRİCS-in bu hüququ güclü şəkildə dəstəkləməsi onu göstərir ki, biz öz mənəvi və insani borcumuzu yerinə yetirmişik. Tehran fələstinlilər arasında referendum yolu ilə müstəqil Fələstin dövlətinin yaradılmasını zəruri hesab edir”, - Rəisi deyib.
İran prezidenti BRİCS üzvlərinin sionist rejimlə iqtisadi-siyasi və hərbi əlaqələrini tamamilə dayandırmağı dərhal gündəmə gətirməli olduqlarını vurğulayıb.
AzVision.az