Paşinyan iclas keçirən zaman işıqlar söndü - Video

 Paşinyan iclas keçirən zaman işıqlar söndü -  Video
  23 Noyabr 2023    Oxunub:1646
Ermənistanın Baş naziri Nikol Paşinyanın sədriliyi ilə keçirilən Nazirlər Kabinetinin iclası zamanı zalda işıqlar sönüb.
AzVision.az xəbər verir ki, bu, Baş naziri əsəbiləşdirib.

"Hökumət daim elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılmasından danışır, lakin hətta dövlət idarələrində belə işıqlar daim yanıb-sönür. Məsələ həllini tapmır, on il ərzində eyni göstərişi vermək olarmı?", - işıqlar yandırıldıqdan sonra ərazi idarəetmə naziri Qnel Sanosyana müraciət edən baş nazir Nikol Paşinyan bildirib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti